Qərb bölgəsində elektrik enerjisi bərpa edilir - “Azərişıq”

22:29 09.10.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Gəncə şəhəri, Şəmkir və Goranboy rayonlarının bəzi yerlərində güclü külək səbəbindən elektrik enerjisinin verilişində yaranan fasilələr aradan qaldırılır.

“Azərişıq” ASC-nin mətbuat xidmətindən hafta.az-a verilən məlumata görə, hazırda Gəncə şəhərinin bir küçəsində, Goranboy rayonunun isə iki kəndində ağac aşması nəticəsində elektrik enerjisinin verilişində yaranan fasilələr yaxın saatlarda aradan qaldırılacaq.